AZ

44 günlük Vətən müharibəsinin xronikası: 28 oktyabr

Bakı.Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

Trend Vətənmüharibəsinin oktyabrın 26-na olan xronikasını təqdim edir:

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özününrəsmi "Twitter" səhifəsində bildirib ki, Bərdə sakinlərinin qisası yerdə qalmayacaq.

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsindəAzərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının birneçə kəndini işğalçılardan azad etməsi ilə bağlı paylaşım edib.

- Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinəmüsahibə verib.

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti MehribanƏliyevanın rəsmi "İnstagram" səhifəsində Ermənistanın Bərdədə dincsakinlərə etdiyi hücumla bağlı paylaşım edib.

- Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub.

- Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

- Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarınıatəşə tutub.

- Qubadlı istiqamətində düşmənin atıb qaçdığı hərbi texnika vəsilah-sursatın videogörüntüsü yayılıb.

- Azərbaycan Ordusu tərəfindən Ermənistana məxsus hərbi texnikavə canlı qüvvəsini məhv edilməsinin videogörüntüləri yayılıb.

- Bərdədə ölənlərin sayı 21 olub, 70 nəfər yaralı olduğu açıqlanıb.

- Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib. Dinc əhalini atəşə tutan düşmənin canlıqüvvəsi sərrast atəşlə məhv edilib.

- Döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib.

- Bərdənin vurulma anının videogörüntüsü yayılıb.

Seçilən
29
az.trend.az

1Mənbələr