AZ

Sol-liberal ideyalar Demokrat Partiyasının brendini dağıdlb

Semafor: ABŞ Demokratları cəmiyyətlə əlaqəsini itirib və yalnız “ağ liberalların partiyasına” çevrilib...

Poliqon xəbər verir ki, “Semafor” nəşrinin yaydığı məlumata görə, ABŞ Demokrat Partiyası özünün sol-liberal ideologiyasına həddindən artıq bağlanmaqla seçici bazasını daraldıb və partiyanın nüfuzuna ciddi zərbə vurub. Nəşr bu nəticəni centrist “Welcome” qrupunun altı aylıq araşdırmasına istinadən yayıb.

Tədqiqatda yüz minlərlə seçici arasında aparılan sorğuya əsasən, respondentlərin 70 faizi Demokrat Partiyasını “reallıqdan qopmuş” hesab edir. Sorğu göstərib ki, partiya rəhbərliyi əsas diqqəti “LGBTQ+ hüquqlarının müdafiəsi” və “iqlim dəyişikliyi ilə mübarizə” kimi məsələlərə yönəldir, lakin “sərhədlərin qorunması” və “cinayətkarlığın azaldılması” kimi geniş elektoratı maraqlandıran problemləri arxa plana keçirir.

“Deciding to Win” (“Qələbə qərarı”) adlı 70 səhifəlik hesabat Demokrat Partiyasına öz ideoloji kursunu yenidən gözdən keçirməyi və Bill Klintonla Barak Obamanın dövründəki mərkəzçi siyasətə qayıtmağı tövsiyə edir.

Sənədin müəllifləri partiyanın “radikal leksikadan”, xüsusilə irq, abort və gender məsələlərində uzaqlaşmasını, həmçinin immiqrasiya və cinayətlərlə bağlı qanun layihələrində Respublikaçılarla əməkdaşlığa hazır olan namizədlərin irəli sürülməsini tövsiyə edirlər.

Ekspertlər hesab edirlər ki, bu hesabat Demokrat Partiyasının qarşıdan gələn seçkilər öncəsi kursunu müəyyənləşdirməkdə həlledici rol oynaya bilər, çünki son illər partiya “mədəni elitizmlə” eyniləşdirilərək, işləyən sinif və etnik azlıqlar arasında ciddi dəstək itirib.

Poliqon.info

Seçilən
39
poliqon.info

1Mənbələr