Türkiyənin Balıkəsir bölgəsində 6,1 bal gücündə zəlzələ olub.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, təxminən 6 kilometr dərinlikdə qeydə alınan zəlzələ İstanbul da daxil olmaqla ətraf əyalətlərdə hiss edilib.