AZ

“Yuventus” Kenan Yıldızın ailəsi ilə görüşdü - DETALLAR

“Yuventus” rəhbərliyi gənc hücumçu Kenan Yıldızın gələcəyi ilə bağlı mühüm addım atıb. İtaliya nəhəngi Çempionlar Liqasının qrup mərhələsində “Real Madrid”ə qarşı keçirilən görüşün (0:1) ardından futbolçunun ailə üzvləri ilə görüş təşkil edib.

Fanat.Az "La Gazetta dello Sport" nəşrinə xəbər verir ki, bu görüşdə tərəflər Yıldızın “Yuventus”la yeni müqaviləsi barədə ətraflı müzakirələr aparıblar.

Klub rəhbərliyinin əsas məqsədi istedadlı futbolçunu 2030-cu ilə qədər komandada saxlamaqdır.

Turin təmsilçisi Kenanı uzunmüddətli layihənin mərkəzində görür və onu gələcəyin liderlərindən biri kimi dəyərləndirir. Gənc oyunçunun performansı həm “Yuventus” azarkeşləri, həm də Avropa nəhənglərinin diqqətini cəlb edib. Buna baxmayaraq, Turin təmsilçisinin bossları onu buraxmaq niyyətində deyillə və müqavilənin şərtlərini yaxşılaşdırmaqla oyunçunu komandada saxlamaq istəyirlər.

Hərçənd bu gün İspaniyanın AS nəşri "Real Madrid"in Kenanın transferi üçün hərəkətə keçdiyini, "Kral klubu"nun baş məşqçisi Xabi Alonsonun türkün heyətə qatılmasını rəhbərlikdən israrla istədiyini bildirib. 

Kamil Xudiyev

Seçilən
9
fanat.az

1Mənbələr