BAKI, 28 oktyabr. TELEQRAF
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskva istiqamətində uçan iki pilotsuz uçuş aparatını (PUA) vurub.
Teleqraf xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin özünün Max kanalında məlumat verib .
"Fövqəladə xidmətlər dağıntıların olduğu yerdə işləyir", - mer yazıb.
Oktyabrın 27-də səhər saatlarında Sobyanin hava hücumundan müdafiə bölmələrinin bir gecədə 30 PUA-nı məhv etdiyini bildirib.