Təkanlar İstanbul da daxil olmaqla bir neçə vilayətdə hiss olunub...
Poliqon xəbər verir ki, Türkiyənin qərb bölgəsində 6,1 maqnitudalı güclü zəlzələ qeydə alınıb. Bu barədə ölkənin seysmologiya mərkəzləri məlumat yayıb. Yeraltı təkanların episentri Egey bölgəsində yerləşib və o, İstanbul da daxil olmaqla bir neçə vilayətdə açıq şəkildə hiss olunub.
Zəlzələ nəticəsində bir sıra binalarda şüşələrin titrədiyi, bəzi mənzillərdə isə avizələrin yelləndiyi bildirilir. Əhalinin bir hissəsi təkanların gücünə görə küçələrə çıxıb. Rəsmi məlumatlara əsasən, hadisə nəticəsində ciddi dağıntılar və insan tələfatı barədə ilkin məlumat daxil olmayıb.
Bu, son 48 saatda Türkiyənin qərbində baş verən ikinci zəlzələdir. Ekspertlər bölgədəki seysmik aktivliyin artdığını, yaxın günlərdə təkrarlanan təkanların mümkün olduğunu istisna etmirlər.
Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) bölgədə müşahidə işlərini davam etdirir və vətəndaşları ehtiyatlı olmağa çağırıb.
Poliqon.info