AZ

Superliqada 10-cu tura yekun vuruldu

style='margin-bottom:10px;'>

Türkiyə Superliqasında 10-cu tura yekun vurulub. 

QOL.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib. 

Öz meydanında “Rizespor”u qəbul edən “Samsunspor” heç-heçəyə razılaşıb. 

Səfərdə “Qaziantepspor”un qonağı olan “Fənərbaxça” isə rəqibini darmadağın edib. 

“Samsunspor” - “Rizespor” - 1:1
Qollar:
Karlo Holse, 7 (1:0), Jesuran Rak-Sakyi, 43 (1:1)

“Qaziantepspor” - “Fənərbaxça” 0:4
Qollar:
En Nesiri, 5; 21, Taliska, 81; 88

Qeyd edək ki, bu nəticələrdən sonra “Fənərbaxça” 22 xalla 3-cü, “Samsunspor” 17 xalla 5-ci, eyni xala malik “Qaziantepspor” 6-cı, “Rizespor” isə 10 xalla 12-ci pillədə qərarlaşıb. 

Seçilən
101
teleqraf.com

1Mənbələr