AZ

Burak Yılmaz: Bu məsələlər narahatedicidir

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə Super Liqasının 10-cu turunda "Fənərbağça"ya 4-0 hesabı ilə uduzan "Qaziantep FK"nın Baş məşqçisi Burak Yılmaz oyundan sonra açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, rəqibin erkən qolun komandasının özünəinamına təsir etdiyini bildirib.

Onun sözlərinə görə, bundan sonra "güclü ayaqları" olan rəqib yaranmış fürsətdən yaxşı yararlanıb.

Burak Yılmaz daha sonra Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunun peşəkar liqalarda bəzi hakimlərin mərc oyunlarına qatılmaları və bu səbəbdən oyunları şəffaf yönəltmədikləri haqqındakı açıqlamalaırna toxunub: 

"Bu məsələlər şox narahatedicidir. Bu gün iki hakimlə qısa da olsa, bu məsələni müzakirə etmək fürsətimiz oldu. Hamını bir tərəziyə qoymaq düzgün deyil. Bu vəziyyət Avropada bizə qarşı münasibətə çox pis təsir edər. Zatən hökumətimiz lazımi prosedurlara başlayıb. Ümid edirik ki, futbola zərər verənlər cəzalandırılacaq və futbolun keyfiyyəti yaxşılaşdırılacaq."

Fərid ASLAN

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
87
mia.az

1Mənbələr