Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo”nun məlumatına görə, yeraltı təkanlar vilayətin Sındırqı rayonunda qeydə alınıb.
Belə ki, əlzələ ocağı 5.99 kilometr dərinlikdə yerləşib və yerli vaxtla saat 22:48-də baş verib. Nəticədə sakinlər evlərini tərk edərək həyətlərə və parklara üz tutublar. Bundan başqa, yeraltı təkan nəticəsində bir çox evlərdə elektrik enerjisi də kəsilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da Balıkesirdə baş verən zəlzələ ilə bağlı paylaşım edib. O, hazırda AFAD-ın sahə araşdırmaları və nəzarət tədbirlərini diqqətlə həyata keçirdiyini vurğulayıb. Dağıntı və tələfat barədə isə hələlik məlumat yoxdur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.