Xavi İtaliya nəhənginin baş məşqçilik təklifini rədd edib.
Offsideplus.az xəbər verir ki, söhbət "Yuventus"dan gedir. Məlumata görə, son günlərdə "Yuventus" rəhbərliyi onunla əlaqə saxlayaraq onu komandanın baş məşqçi postuna gətirmək istəyib.
Lakin tanınmış mütəxəssis şəxsi səbəblərə görə bu təklifi rədd edib. Matteo Morettonun məlumatına əsasən, Xavi hazırda komandasız qalmağı və yeni layihəni sakit şəkildə seçməyi üstün tutur.
O, iyun ayında hansı klubu çalışdıracağına qərar verəcək.