AZ

Ərdoğan Balıkəsirdəki zəlzələ ilə bağlı açıqlama verdi

BAKI, 28 oktyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsirin Sındırgı rayonunda baş verən, ətraf vilayətlərdə də hiss olunan zəlzələ ilə bağlı açıqlama yayıb.

Teleqraf xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

“Zəlzələdən təsirlənən vətəndaşlarımıza keçmiş olsun. AFAD-ımız başda olmaqla, aidiyyəti qurumlarımız ərazidə yoxlama və nəzarət işlərini diqqətlə davam etdirirlər. Biz də prosesi yaxından izləyirik,” - deyə Prezident bildirib.

Ərdoğan, həmçinin, “Rəbbim ölkəmizi və millətimizi hər cür fəlakətdən qorusun,” – sözləri ilə çıxışını tamamlayıb.

Seçilən
112
teleqraf.com

1Mənbələr