AZ

Ərdoğan Türkiyədəki güclü zəlzələ ilə bağlı açıqlamalar verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir vilayətinin Sındırqı rayonunda baş vermiş 6.1 maqnitudalı zəlzələ ilə bağlı açıqlama verib.

Editor.az  bildirir ki, Türkiyə lideri “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda zəlzələdən zərərçəkən vətəndaşlara keçmiş olsun diləklərini çatdırıb.

“Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) başda olmaqla bütün qurumlarımız ərazidə araşdırma və nəzarət tədbirlərini diqqətlə həyata keçirirlər. Prosesi yaxından izləyirik. Allah ölkəmizi və milllətimizi hər cür bəladan qorusun”, – deyə prezidentin paylaşımında vurğulanır.

Seçilən
32
editor.az

1Mənbələr