AZ

“Real”la UEFA Kubokunu qazanmış qapıçı vəfat etdi

“Real Madrid”in keçmiş qapıçısı Xose Manuel Oçotorena 64 yaşında vəfat edib.

İdman.Biz bildirir ki, bu barədə xəbər klubun rəsmi saytında dərc edilib.

“Real Madrid” onun ailəsinə, komanda yoldaşlarına və bütün yaxınlarına, eləcə də oynadığı bütün komandalara başsağlığı verir”, - məlumatda deyilir.

Oçotorenanın karyerasını başa vurduqdan sonra işlədiyi “Valensiya” və “Liverpul” da başsağlığı veriblər.

“Real Madrid”dən əlavə, qapıçı “Tenerife”, “SD Loqrones” və “Rasinq Santander” kimi klublarda da oynayıb. “Real Madrid” ilə Oçotorena üç dəfə İspaniya çempionluğunu, iki dəfə UEFA Kubokunu və İspaniya Liqa Kubokunu qazanıb.

İdman.Biz

Seçilən
31
1
idman.biz

2Mənbələr