AZ

AFFA Bakıdakı stadionda nə iş görəcək?

Təmirə bağlanan "Liv Bona Dea Arena"da görüləcək işlər bəlli olub.

Sportinfo.az xəbər verir ki,bu barədə "rrport"a AFFA-nın İnfrastruktur Departamentinin rəhbəri Fuad Cəfərov açıqlama verib.

O, Mərdəkandakı stadionun ot örtüyünün renovasiya işlərinə görə noyabrın 30-dək bağlandığını xatırladıb:

"İşlər çərçivəsində alaq otlarının təmizlənməsi, qumlama, ot örtüyünün havalandırılması, toxumlama prosesi və s. həyata keçirilir.

Bu tədbirlər ot örtüyünün keyfiyyətinin və davamlılığının artırılması məqsədilə aparılır".

Bununla əlaqədar olaraq "Araz-Naxçıvan" klubu növbəti ev oyunlarını başqa stadionlarda keçirməli olacaq.

Seçilən
66
sportinfo.az

1Mənbələr