AZ

“Napoli”nin yarımmüdafiəçisi “Qarabağ”la oyunu buraxmalı olacaq

“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne Çempionlar Liqasında “Qarabağ”la qarşıdakı matçda komandasına kömək edə bilməyəcək.

İdman.Biz-in “Sky Sport”a istinadən verdiyi məlumata görə, belçikalıya sağ bud nahiyəsində yırtıq diaqnozu qoyulub.

O, üç-dörd ay müddətinə meydandan kənarda qalacaq və konservativ müalicə nəticə verməzsə, əməliyyat oluna bilər.

Buna görə də De Bruyne 26 noyabrda İtaliyada keçiriləcək Çempionlar Liqasının qrup mərhələsində “Napoli” ilə “Qarabağ” arasında keçiriləcək matçı buraxacaq.

Oyunçu zədəsini Seriya A-nın 8-ci turunda “İnter”ə 3:1 hesabı ilə qalib gəldikləri oyunda alıb. “Napoli” hazırda Çempionlar Liqasının turnir cədvəlində üç xalla 23-cü, “Qarabağ” isə altı xalla 13-cü yerdədir.

İdman.Biz

Seçilən
38
idman.biz

1Mənbələr