Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenskinin milli hava qüvvələri üçün 100-dən 150-dək "Gripen E" döyüş təyyarəsi almaq məqsədilə İsveçdə imzaladığı niyyət sazişi dünya mediasının diqqətini indiyədək digər məşhur hava-döyüş vasitələrinin fonunda, necə deyərlər, "boz" görünən bu qırıcılara yönəldib.
İmzalanan məlum saziş qırıcıların yalnız 3 ildən sonra Kiyevə çatdırılacağını ehtiva etsə də, "Niyə məhz Gripen?" sualı dərhal aktuallaşıb. Hərbi dairələrdə həm də "JAS 39" kimi tanınan təyyarə bir növ təkrar araşdırma mövzusu olub. Əksər hərbi ekspertlərin rəyinə görə, İsveçin SAAB şirkəti tərəfindən yaradılmış "JAS 39 Gripen" təyyarələri ilk növbədə "yüngül, çoxyönlü və sərfəli" sözləri ilə xarakterizə edilməlidir. "Gripen JAS" qısaltması isveçcə "Jakt" - qırıcı, "Attack" - zərbə və "Spaning" - kəşfiyyat sözlərindən qaynaqlanır. Təyyarə eyni vaxtda üç növ missiyanı yerinə yetirməyə qadir olan universal platforma kimi hazırlanıb.
O düşmən hədəflərini tuta, yer hədəflərini vura və düşmən müdafiəsinin dərinliklərində kəşfiyyat apara bilir.
Baku TV-nin "Hərbi xronika" rubrikasında sözügedən qırıcı barədə bu və digər təfərrüatlı məlumatlar diqqətə çatdırılıb:
Torpaq yola enən qırıcı: Ukraynanın 85 milyon dollarlıq taktikası işə yarayacaq?
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.