AZ

ABŞ ordusu Cənubi Amerikada strateji təzyiq addımı atdı

BAKI, 28 oktyabr. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji "B-1B Lancer" bombardmançı təyyarələri Venesuela sərhədləri yaxınlığında uçuş həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə "Air & Space Forces" jurnalı məlumat yayıb.

Məlumata görə, bu, 15 oktyabrdan bəri ABŞ bombardmançılarının bölgədə keçirdiyi üçüncü belə “güc nümayişi” uçuşudur. Təyyarələr Şimali Dakotadakı Grand Forks hərbi aerodromundan havaya qalxaraq cənub istiqamətinə hərəkət edib.

Bombardmançılar Makdill hərbi bazasından qalxan yanacaqdoldurma təyyarələrinin köməyi ilə Floridanın üzərində havada yanacaqla təmin edilib və daha sonra Venesuela sərhədlərinə doğru uçuşu davam etdiriblər.

Seçilən
70
teleqraf.com

1Mənbələr