AZ

Gəncə Regional Kollecdə müəllim intihara cəhd etdi – 80 manat maaş, təzyiq və susqun rəhbərlik

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə son aylarda ciddi narazılıqlar yaşanır. Müəllimlər rəhbərliyin qanunsuz və qeyri-insani davranışlarından, həmçinin əməkhaqlarının aşağı olmasından şikayət edirlər.

Editor.az bakunews.az-a istinadən xəbər verir ki, kollecin direktoru Xoşqədəm Xudiyevanın rəhbərliyi altında müəllimlər minimum əmək haqqından da az məbləğdə maaş alırlar. Bəzi müəllimlərə 80 – 232 manat civarında məvacib verildiyi bildirilir. Bu isə dövlətin müəyyən etdiyi əmək haqqı standartlarına açıq ziddiyyət təşkil edir.

Müəllimlər bildirirlər ki, etiraz edənlər dərhal təzyiqlə üzləşir. Kollecdə dərs bölgüsünə cavabdeh olan metodist Tərlan Qayıbova və fənn birləşmə sədri Sevada Qarayevanın davranışlarından narazılıq pik həddə çatıb. Etiraz edən müəllimlərə “xoşuna gəlmir, ərizəni yaz, çıx” kimi hədə-qorxu sözləri deyildiyi iddia olunur.

Sevda Qarayeva Fənn Birləşmələri sədri olaraq fəliyyət göstərir deyə müəllimlər sual edir. Rəhbərlik bunu hansı qanuna istinad edərək vəzifəyə təyin edir?

Qanun isə Orta təhsilli şəxsin fənn birləşməsi sədri kimi rəsmi olaraq işləyə bilməməsi barədə tamvurğulanıb. GÖrünür ki daxili oyunlar aparılmaqda və bəzi vəzifələr qanunsuz olaraq təyinatlarla ört basdır edilir ki, bunada bir başa məsuliyyəti elə Kolecin rəhbəri daşımaqdadır…

Daha faciəlisi isə odur ki, 17.10.2025-ci il tarixində bu basqılardan bezən müəllimə Mətanət Hüseynova intihara cəhd edib və hazırda ağır vəziyyətdədir. Məlumatlara görə, o, Tərlan Qayıbov və Sevada Qarayevanın təzyiqlərinə məruz qalıb. Müəllimlər arasında yayılan xəbərlərə əsasən, Mətanət Hüseynova bu vəziyyətə düşən ilk müəllimə deyil — son illərdə eyni səbəbdən kollecdən uzaqlaşdırılan və ya psixoloji təzyiqlərə məruz qalan başqa müəllimlər də olub.

Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir. Lakin kollecin rəhbərliyi hələ də rəsmi açıqlama verməkdən imtina edir.

Minimum əmək haqqı və dövlətin mövqeyi

Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il 23 dekabr tarixli sərəncamla 2025-ci il yanvarın 1-dən etibarən minimum aylıq əmək haqqını 400 manat səviyyəsinə qaldırıb. Dövlət başçısı çıxışlarında bildirib ki, son beş il ərzində minimum əmək haqqı 2,7 dəfə artırılıb və sosial rifahın yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Bu fakt onu göstərir ki, Regional Kollecdə müəllimlərə 80 – 232 manat maaş verilməsi qanunsuz və dövlət qərarlarına zidd haldır. Təhsil sektorunda çalışan hər bir müəllimin maaşı minimum əmək haqqı səviyyəsindən aşağı ola bilməz.

Elm və Təhsil Nazirliyinin və nazir Emin Əmrullayevin diqqətinə

Müəllimlər sual edir:

“Əgər ölkə rəhbərliyi müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını tapşırırsa, niyə biz bu gün 200 manatdan az maaşa məcbur işləməliyik?”

Bu məsələdə Təhsil Nazirliyinin, xüsusilə də nazir Emin Əmrullayevin məsələyə dərhal müdaxilə etməsi və Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə baş verənlərə obyektiv araşdırma aparılması gözlənilir.

Təhsil sistemində bu cür hallar təkcə bir təhsil ocağının deyil, bütövlükdə sektorun nüfuzuna zərbə vurur.

//Bakunews.az

Seçilən
60
editor.az

1Mənbələr