BAKI, 28 oktyabr. TELEQRAF
Balıkəsirin Sındırgı rayonunda saat 02:30-da (Bakı vaxtı ilə 03:30-da) 4,4 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilir ki, zəlzələnin mərkəzi Sındırgı rayonunda yerləşir və 7 km dərinlikdə qeydə alınıb.
Hələlik dağıntı və xəsarət barədə məlumat verilməyib.