AZ

Bu ölkədə 4 milyon insan aclıqla üzləşib

Şərqi Afrikadakı Malavi Respublikasında quraqlıq aclıq təhlükəsi yaradıb. Paytaxt da daxil olmaqla, ölkənin 28 əyalətindən 11-də fəlakət rejimi elan edilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə ölkə prezidenti Peter Mutarika açıqlama verib.

Respublika lideri beynəlxalq ictimaiyyəti sakinlərə kömək etməyə çağırıb.

Hökumətin hesablamalarına görə, ölkədə 4 milyon insan və ya ümumi əhalinin 22%-i aclıq təhlükəsi ilə üzləşib.

Seçilən
58
3
olke.az

4Mənbələr