AZ

Azərbaycan və Türkiyə liderləri İrəvana dəvət olunublar –ARARAT MİRZOYAN

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin gələn ilin yazında keçiriləcək sammitində iştirak etmək üçün Yerevana dəvət olunublar”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. 

 

“Dəvətlər hələlik şifahi şəkildə göndərilib”, - Mirzoyan əlavə edib.

 

Qeyd edək ki, Avropa Siyasi Birliyinin növbəti sammitləri 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.

Seçilən
61
senzor.az

1Mənbələr