"Miss ABŞ" gözəllik müsabiqəsi yekunlaşıb.
Publika.az xəbər verir ki, Nebraskanı təmsil edən 22 yaşlı Oddie Ekert qalib olub.
Nebraska-Linkoln Universitetinin məzunu Ekert ölkənin ən gözəl qadını elan edilib.
İkinci və üçüncü yerlər müvafiq olaraq Nyu-Cersi və Oreqondan olan iştirakçılara verilib.
Ənənin əksinə olaraq, tacı ilk dəfə qalibə əvvəlki "Miss ABŞ" titulunun sahibi deyil, hazırkı "Kainat Gözəli" Viktoriya Kyaer Teylviq təqdim edib.