Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Smartfon istifadəçilərinin böyük əksəriyyəti yatmazdan əvvəl cihazlarını doldurur.
Lent.az xəbər verir ki, telefonu gecə şarjda qoyaraq yatmaq uzun zamandır insanlar arasında mübahisəyə səbəb olan hallardan biridir.
Mütəxəssislər bu məsələ ilə bağlı uzun müddətdir mövcud olan yanlış təsəvvürlərə aydınlıq gətiriblər.
Mütəxəssislərin fikrincə, müasir smartfonlar litium-ion batareya texnologiyası ilə təchiz olunduğundan, həddindən artıq doldurma riski demək olar ki, aradan qaldırılıb.
Cihazlar 100 faiz doldurulduqdan sonra avtomatik olaraq enerji təchizatını kəsir.
Bu o deməkdir ki, telefonunuzu bütün gecə doldurmaq köhnə modellərdə olduğu kimi təhlükəli deyil.
Lakin bu, batareyanın ömrünü tam qoruduğu anlamına gəlmir. Yüksək gərginliyə uzun müddət məruz qalmaq zamanla batareya tutumunu azalda bilər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.