AZ

Tramp və Yaponiyanın yeni baş naziri Takaiti ticarət və təhlükəsizlik məsələlərini müzakirə edib

Tokioda keçirilən görüşdə ABŞ-yə 550 milyard dollarlıq investisiya paketi təklifi gündəmə gəlib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Tokioda Yaponiyanın yeni baş naziri Sanae Takaiti ilə görüş keçirib. Reuters Agentliyinin məlumatına görə, danışıqların əsas mövzularını ticarət, müdafiə və təhlükəsizlik əməkdaşlığı təşkil edib.

Mənbələr bildirir ki, Yaponiya tərəfi ABŞ iqtisadiyyatının bir sıra sektorlarına – o cümlədən gəmiqayırma, soya məhsullarının idxalı, yanacaq və “Ford F-150” pikaplarının alınması sahələrinə təxminən 550 milyard dollarlıq investisiya paketi təqdim etməyi planlaşdırır.

Görüşün əvvəlində Donald Tramp Yaponiyanın ABŞ-dan böyük həcmdə hərbi texnika və avadanlıq sifariş etdiyini açıqlayıb. Agentlik qeyd edir ki, baş nazir Takaiti bir tərəfdən ölkəsinin Silahlı Qüvvələrinin modernləşməsini sürətləndirməyə, digər tərəfdən isə Trampın Yaponiya müdafiə xərclərini artırmaq tələblərini yumşaltmağa çalışır. Ötən həftə o, hərbi büdcənin artıq bu il ÜDM-in 2 faizinədək artırılacağını vəd etmişdi.

Newsweek portalının məlumatına görə, Takaiti hökuməti uzunmüddətli dənizaltı qalma qabiliyyətinə malik yeni mühərriklərlə təchiz edilən sualtı qayıqlar proqramını genişləndirməyi planlaşdırır. Bu qayıqların silahlanması üçün Yaponiya ABŞ-dan “Tomahawk” raketləri alacaq.

Donald Tramp hazırda Yaponiyada üçgünlük rəsmi səfərdədir. O, bazar ertəsi günü imperator Naruhito tərəfindən İmperator sarayında qəbul olunub.

Poliqon.info

Seçilən
45
poliqon.info

1Mənbələr