AZ

Taylandda bir illik matəm: turistlərə xəbərdarlıq

BAKI, 28 oktyabr. TELEQRAF

Taylandda 93 yaşında vəfat edən keçmiş kraliça Sirikitlə bağlı bir illik matəm elan olunub.

Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, bununla əlaqədar ölkəyə səfər edən turistlər üçün müəyyən davranış və geyim qaydaları qüvvəyə minib.

Rəsmilərin açıqlamasına görə, həm yerli sakinlər, həm də xarici qonaqlar hörmət və təmkin nümayiş etdirməli, xüsusilə rəsmi tədbirlərdə və sarayların yaxınlığında parlaq rəngli geyimlərdən çəkinməlidirlər. Qara geyim geyinmək məcburi olmasa da, səs-küylü və açıq-saçıq davranış xoş qarşılanmır.

Hökumət bəzi məscidlərə, dövlət binalarına və ictimai tədbirlərə girişdə məhdudiyyətlər və ya cədvəl dəyişiklikləri ola biləcəyini bildirib.

Böyük tədbirlər ləğv olunmasa da, onların formatı daha sakit və sadə şəkildə keçiriləcək. Məsələn, 5 noyabrda keçiriləcək Loyi Kratonq festivalı qısaldılmış formada baş tutacaq, “Leo Beach” musiqi festivalı isə ləğv edilib. Pangan adasında keçirilən tam ay gecəsi gecələrinin taleyi hələlik məlum deyil.

Turizm idarəsi turistlərə səfərlərinin davam etdiyini, lakin “düşünülmüş və hörmətli davranışın” vacib olduğunu xatırladıb.

Seçilən
41
teleqraf.com

1Mənbələr