Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsirdə baş verən zəlzələdən sonra ölkəyə müraciət edib.
Bu barədə Türkiyənin NTV televiziya kanalı məlumat verib. Ərdoğan zəlzələdən zərər çəkən vətəndaşlara başsağlığı verib və vəziyyəti yaxından izlədiyini bildirib.
"Bundan bəri bütün müvafiq qurumlar tədbirlər görüb və lazımi addımları atır", - deyə o bildirib. Türkiyədə baş verən zəlzələdə bir nəfər ölüb, dörd nəfər yaralanıb. Bundan əlavə, bir bina uçub və ən azı 24 nəfərə ziyan dəyib.
Seysmoloqlar Türkiyənin qərbindəki Balıkəsir əyalətində 6,1 bal gücündə zəlzələ qeydə alıblar.
İstanbul sakinləri də zəlzələni hiss ediblər.
Əziz MUSTAFA