AZ

Mask özünün onlayn ensiklopediyasını təqdim edib

Mask özünün onlayn ensiklopediyasını təqdim edib

İlon Mask özünün onlayn ensiklopediyası olan "Grokipedia"nı təqdim edib.

AFN.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Bildirilir ki, Vikipediyaya bənzər platforma olmaq üçün nəzərdə tutulmuş Grokipedia veb saytı 27 oktyabrda istifadəyə verilib. Hazırda süni intellektdən istifadə edərək yazılmış 800.000-dən çox yazı var. Nəşrin məlumatına görə, Vikipediyada təxminən 8 milyon məqalə var. Yeni onlayn ensiklopediyanın adı Maskın şirkəti xAI tərəfindən hazırlanmış Grok süni intellektinin adı üzərində qurulub.

2025-ci ilin sentyabrında X-ın rəhbəri Grokipedia-nın “Vikipediyadan böyük bir irəliləyiş” olacağını bildirərək, oktyabr ayında onlayn ensiklopediyasının istifadəyə veriləcəyini elan etmişdi.

Seçilən
23
afn.az

1Mənbələr