AZ

Ağdərədə 4 nəfərin ölümündə günahlandırılan sürücü ilə bağlı hansı qərar verildi?

Gəncə Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən İlkin Zülfüqarovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
 

İttihama görə, hadisə 30 noyabr 2024-cü il tarixdə, saat 18 radələrində Tərtər-Suqovuşan avtomobil yolunun Ağdərə rayonunun Çaylı kəndi ərazisindən keçən asfalt yolda qeydə alınıb.


Belə ki, İlkin Zülfüqarov idarə etdiyi “Nissan Tida” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxararaq yolun sağ tərəfində yerləşən dərəyə aşıb. Hadisə zamanı Kərimov Asəf Raquf oğlu, Məmmədov Samir Mətləb oğlu, Həsənov Mütalib Telman oğlu, Alxanov Sərdar İmran oğlu aldıqları xəsarətdən hadisə yerində ölüblər.


Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Zülfüqarov İlkin Qurban oğlu isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra o, cinayət məsuliyyətinə cəlb edilib.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və dərhal məhkəmə iclas zalından həbsə alınıb.
 

Kamal Məmmədov 

Tarix: 28 Oktyabr 2025, 08:30   
Seçilən
33
pravda.az

1Mənbələr