AZ

Aleksey Puşkov Polşanı hədələdi

Aleksey Puşkov Polşanı hədələdi

Polşa baş naziri Donald Tuskun Rusiyaya qarşı açıqlamaları və Avropa İttifaqı (Aİ) ilə NATO-nu Moskva ilə qarşıdurmaya cəlb etmək cəhdləri Varşavanı ciddi risk altına salır.

AFN.az xəbər verir ki, bunu Rusiya senatoru Aleksey Puşkov bildirib. Onun sözlərinə görə, belə bir münaqişə baş verəcəyi təqdirdə, ilk zərbə alan məhz Polşa olacaq.

Puşkov qeyd edib ki, Tuskun növbəti dəfə Rusiyaya qarşı təxribat xarakterli bəyanat verməsi vəziyyəti daha da gərginləşdirib. “Tusk daim Aİ və NATO ölkələrini Rusiya ilə müharibəyə sürükləməyə çalışır, lakin görünür, bu müharibənin qaçılmaz qurbanı elə Polşanın özü olacağını anlamır”, – deyə senator “Telegram” kanalında yazıb.

O xatırladıb ki, Polşanın Rusiyaya qarşı düşmənçilik siyasəti tarix boyu bu ölkəyə bir neçə faciə gətirib. Puşkovun sözlərinə görə, hazırda Varşava bütün riskləri “Amerika çətiri” altında gizlətməyə ümid edir.

Qeyd edək ki, Polşa baş naziri Donald Tusk Ukraynanın Avropada Rusiya obyektlərinə zərbə endirmək hüququna malik olduğunu bəyan edib. O, bunu Almaniyanın “Şimal axını” qaz kəmərlərindəki diversiyalarda şübhəli bilinən şəxsin ekstradisiyası ilə bağlı məhkəmə qərarına əsasən söyləyib.

Seçilən
18
afn.az

1Mənbələr