AZ

ABŞ və Braziliya ticarət sazişi imzalaya bilər

BAKI, 28 oktyabr. TELEQRAF

ABŞ və Braziliya yaxın günlərdə ticarət sazişi imzalaya bilərlər.

Teleqraf xəbər verir ki, bu barədə Braziliya Prezidenti Luis İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampla görüşdən sonra bildirib.

Lula iki liderin Malayziyanın paytaxtı Kuala-Lumpurda, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində keçirilən görüşünü “çox yaxşı” adlandırıb.

“O, mənə əminliklə bildirdi ki, biz razılaşmaya gələcəyik. Mən tam inanıram ki, bir neçə gün ərzində razılaşmanı tapacağıq,” -Lula qeyd edib.

ABŞ Prezidenti Donald Tramp da danışıqlardan sonra optimist açıqlama verib.

“Düşünürəm ki, hər iki ölkə üçün sərfəli saziş imzalamağımız mümkündür”, - Tramp deyib.

Seçilən
52
teleqraf.com

1Mənbələr