AZ

Yaponiyanın baş naziri Trampı "Nobel"ə namizəd göstərəcək

Yaponiyanın baş naziri Trampı "Nobel"ə namizəd göstərəcək

Yaponiyanın yeni baş naziri Sanae Takaiti ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərmək niyyətindədir.

AFN.az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.

Takaitinin niyyəti barədə Trampa 28 oktyabrda Tokioda keçiriləcək ilk danışıqlar zamanı məlumat verəcəyi bildirilir.

Qeyd edək ki, Tramp özünü Nobel Sülh Mükafatına layiq hesab etdiyini bir neçə dəfə açıqlayıb. Lakin 10 oktyabrda Nobel Komitəsi 2025-ci il mükafatının Venesuela parlamentinin keçmiş üzvü, müxalifətçi Mariya Korina Maçadoya verildiyini elan edib. Tramp isə “Nobel”dən əl çəkmədiyini, gələn il mükafatı almağa ümid etdiyini bildirib.

Seçilən
18
afn.az

1Mənbələr