Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alıb. Yaralılar təcili xəstəxanaya çatdırılıb, onlara yardım edilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Xəsarət alanlar 2004-cü il təvəllüdü R. Mehdiyev, 1989-cu il təvəllüdlü Ə. Verdiyev, 2003-cü il təvəllüdlü Ə. Nağızadə və 1962-ci il təvəllüdlü T. Kərimovadır.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır