AZ

Qadın və gənc sahibkarlara 31,9 milyon manatlıq güzəştli kredit verilib

Bu ilin ilk 9 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kreditlərindən 420 qadın sahibkar yararlanıb.

Finss.az xəbər verir ki, bu sahibkarların layihələrinə ümumilikdə 24 milyon manat güzəştli kredit verilib.

Eyni dövrdə 125 gənc sahibkar də təqdim etdikləri layihələr üzrə 7,9 milyon manat güzəştli kredit əldə edib.

Azərbaycan Biznesinin İnkişafı Fondu, Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı fərman əsasında, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşdirilməsi ilə yaradılıb. Fondun əsas məqsədi sahibkarlığın inkişafını dəstəkləmək və xüsusi ilə qadın və gənc sahibkarların fəaliyyətini stimullaşdırmaqdır.

Fuad Mədətov
Finss.az

Seçilən
15
fins.az

1Mənbələr