AZ

Türkiyədəki güclü zəlzələ ilə bağlı professordan açıqlama: Təxminən 100 km səth cırılır

Xəbər verdiyimiz kimi, Balıkəsirdə Sındırgı rayonunda 6,1 bal gücündə zəlzələ baş verib. İstanbul və İzmir başda olmaqla Mərmərə və Egey bölgələrindəki bir çox vilayətdə hiss edilən zəlzələnin 5,99 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib. Daxili işlər naziri Əli Yerlikaya itki olmadığını açıqlayıb.

Publika.az xəbər verir ki, zəlzələnin ardından ilk açıqlama Prof. Dr. Şener Üşümezsoydan gəlib. Professor zəlzələ ilə bağlı “CNN Türk”də canlı danışıb.

Üşümezsoy bildirib ki, bu, tətikleyici zəlzələdi:

“Sındırgıda qeyd etdiyim zəlzələ bir az da cənub-şərqdə davam etdi. Axar xətti 15 kilometr aşağıya doğru yarıldı, davamı cənuba doğru uzandı. Sındırgıdan 7-8 kilometr cənub-şərqdə qırılma xəttinə doğru idi. Sındırgının altında yox, dağlarında baş verib. Bu nə deməkdir? Təxminən 100 km səth cırılır. Artıq daha 10-15 km qırılma baş vermişdi. Bu, yeraltı təkanların cənuba doğru böyüdüyü yerdir və yeni qırılma müstəvisinə səbəb olur. Biz demişdik ki, afterşoklar daim cənuba doğru böyüyür və yeni qırılma müstəvisi yaradır. Sındırgı camaatı bundan böyük zəlzələ gözləməməlidir.

Seçilən
54
publika.az

1Mənbələr