AZ

Gəncədə ağır qəza - 2 ölü, 1 yaralı var – FOTO/VİDEO

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə N. Rəfibəyli küçəsinin kəsişməsində baş verib.

Hərəkətdə olan “Fiat Doblo” markalı avtomobillə “Hyundai Tucson” işıqforda toqquşub.

Qəza zamanı “Fiat Doblo”nun sərnişini hadisə yerində, sürücüsü ilə xəstəxanaya aparılarkən dünyasını dəyişib.

“Hyundai” sürücüsünün də xəsarət aldığı bildirilir. Hadisə yerinə FHN-in xilasedici qrupu və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.












Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
26
bizim.media

1Mənbələr