AZ

Gəncədə ağır qəza — 1 ölü, 4 yaralı

Gəncədə bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az-ın məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb, onlara yardım edilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Xəsarət alanlar 2004-cü il təvəllüdü R. Mehdiyev, 1989-cu il təvəllüdlü Ə. Verdiyev, 2003-cü il təvəllüdlü Ə. Nağızadə və 1962-ci il təvəllüdlü T. Kərimovadır.

Seçilən
49
13
demokrat.az

10Mənbələr