AZ

Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını imzaladı

Bakı. Trend:

25-26 oktyabr 2025-ci il tarixində Vyetnamın paytaxtı Hanoyşəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT)“Kibercinayətkarlığa qarşı” Konvensiyasının dövlətlər tərəfindəntəntənəli imzalanma mərasimi keçirilib.

Trendxəbər verir ki, tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş,Vyetnamın Prezidenti Lıonq Kıonq, ayrı-ayrı dövlətlərin nümayəndəheyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri vəekspertlər iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinmüvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycan Respublikasıadından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnikƏli Nağıyev imzalayıb.

Azərbaycanın Konvensiyanı ilk imzalamış ölkələrdən biri olmasıcənab Ali Baş Komandanın rəhbərliyi ilə Respublikamızınkibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığa vəqlobal kibermühitin təhlükəsizliyinin təmin edilməsinə verdiyitöhfənin göstəricisidir.

Beynəlxalq sənəddə kibercinayətkarlıqla mübarizədə dövlətlərarasında hüquqi əməkdaşlığın təmin edilməsi,informasiya-kommunikasiya texnologiyalarından sui-istifadəninqarşısının alınması, elektron sübutların toplanması və təqdimedilməsi mexanizmlərinin beynəlxalq səviyyədə tənzimlənməsi əsasməqsədlər kimi qeyd olunub.

Konvensiya 2025-ci ilin 25-26 oktyabr tarixlərində ümumilikdə 72ölkə tərəfindən imzalanıb.

Məqalədə:
Seçilən
39
48
az.trend.az

10Mənbələr