AZ

6,1 ballıq zəlzələdən sonra Balıkesirdə 100-dən çox afterşok qeydə alınıb

Balıkesirdə dünən axşam saatlarında baş verən 6.1 ballıq zəlzələdən sonra 100-dən çox afterşok qeydə alınıb.

Bununla bağlı Kandilli Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, afterşoklar Sındırgı,Bigadiç və Dursunbeydə 2-4.5 bal gücündə olub.

Qeyd olunub ki, vətəndaşlar gecəni küçələrdə keçirməli olublar.

Rəsmi şəxslər insanlara dağılma təhlükəsi olan binalara girməməklə bağlı çağırış edib.

Seçilən
6
5
editor.az

6Mənbələr