
Ötən gün saat 22:48-də Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda 6,1 bal gücündə zəlzələ baş verib.Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, hadisədən sonra maqnitudası 4 və daha yüksək olan çoxsaylı təkanlar qeydə alınıb.Zəlzələ nəticəsində 3 bina və bir iş yeri dağılıb və hər hansı insan itkisi olmasa da, 22 vətəndaş yaralanıb, onlardan 4-ü evə buraxılıb. Bütün şəhərdə təhsil bir gün müddətinə dayandırılıb.Qeyd edək ki, 112 Təcili Zəng Mərkəzinə ümumilikdə 504 müraciət daxil olub.
İlahə Qənbərli
Missiya.Az