AZ

İlon Mask “Grokipedia” adlı yeni platformanı istifadəyə verib

Məşhur milyarder “Wikipedia”ya alternativ olan layihəsini təqdim edib...

Poliqon xəbər verir ki, “Tesla” və “X” şirkətlərinin rəhbəri İlon Mask özünün yeni onlayn ensiklopediyası — “Grokipedia” portalını istifadəyə verib. Layihə “Wikipedia”ya alternativ kimi təqdim olunur və Maskın süni intellekt əsaslı “xAI” ekosisteminə inteqrasiya olunub.

Platformanın başlanğıc səhifəsində yerləşdirilən məlumata görə, “Grokipedia” artıq 885 279 məqalə ehtiva edir. Saytın məqsədi bilik paylaşımını daha açıq, lakin “insan və süni intellektin birgə işlədiyi” formatda təşkil etməkdir.

Lakin istifadəyə verildiyi ilk saatlarda bir sıra istifadəçilər portalın fəaliyyətində texniki nasazlıqlar və səhv bildirişləri barədə məlumat paylaşıblar. Mask isə “Grokipedia”nın hələ “beta mərhələsində” olduğunu və yaxın günlərdə sistemin tam sabit versiyasının istifadəyə veriləcəyini bildirib.

Ekspertlər qeyd edirlər ki, bu addım Maskın süni intellekt və informasiya idarəçiliyi sahəsində “Wikipedia” kimi ənənəvi mənbələrlə rəqabət aparmaq niyyətini nümayiş etdirir.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr