GÖYGÖL, 28 oktyabr. TELEQRAF
Göygöldə 20 yaşlı şəxs kəsici alətlə xəsarət alıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
2005-ci il təvəllüdlü İsrayıl Orucov xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, o qəbiristanlıq ərazisində kəsici alətlə xəsarət alıb.
Faktla bağlı araşdırma başlanılıb.