AZ

Təhsil, tibb və sosialda qida normaları artırıldı: daha hansı artımlar olacaq?

Bakı. Trend:

Azərbaycan Prezidentinin “Yaşayış minimumu haqqında” Qanundatəsdiq etdiyi dəyişikliklərə uyğun olaraq Nazirlər Kabineti tibb,təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərinyeni qida normalarını müəyyənləşdirib. Yeni qərar ilə tibb vətəhsil müəssisələrində uşaqlar üçün sutkalıq qida normaları təsdiqedilib.

Trend xəbər verir ki, bunu Milli Məclisinİqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü VüqarBayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, sosial sahəyə aid olan müəssisələrdə xidmət alanşəxslər üçün də orta sutkalıq qida normalarının təsdiqi dəreallaşıb.

"Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri iləyanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qidanormaları təsdiq edilib. Belə ki, əvvəlki qanunvericilikdə sosialsahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmurduvə bu da institutsional olaraq onların bu imkandan tamfaydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər bu boşluğu aradanqaldırdı.
Artımlara gəldikdə isə, yeni normalarda artımlar da təsdiq edilibvə bu da həmin qurumlara dövlət büdcəsindən daha çox vəsaitinayrılacağı anlamına gəlir. Təbii ki, bu həmin müəssisələrinfəaliyyətlərinin səmərəlliyinin artmasına və maddi və sosialtəminatının daha da gücləndirilməsinə imkan verəcək.
Yeni qida normalarının təsdiqi həmin müəssisələrdə xidmət alanvətəndaşlarımız üçün yeni imkan kimi xarakterizə olunur. Belə ki,yeni normalar müasir çağrışlar və xərclər nəzərə alınmaqla təsdiqolunub. Bu isə həmin müəssislər üçün ödənilən məbləğin artmasınasəbəb ola bilər. Təbii ki, bu həmçinin həmin qurumlarda xidmətinkeyfiyyətinin də artmasına gətirib çıxaracaq. Bu baxımdan, yeninormaların təsdiqi mütərəqqidir və büdcədən bu sahəyə daha çoxvəsait ayrılmasına səbəb olmaqla vətəndaşlarımızın sosialtəminatının gücləndirilməsinə xidmət edəcək",- deyə millət vəkiliəlavə edib.

Məqalədə:
Seçilən
36
23
az.trend.az

10Mənbələr