AZ

Azarkeş qrupunun avtobusu aşdı: Qəzadan əvvəl nə baş verib?

Braziliyanın “Flamenqo” klubunun azarkeşlərini daşıyan avtobus Rio-de-Janeyronun mərkəzində qəzaya uğrayıb və aşıb.

Publika.az xəbər verir ki, bu barədə "O Globo" nəşri məlumat yayıb.

Azarkeşlər Libertadores Kubokunun yarımfinal mərhələsinin ikinci oyunu üçün Buenos-Ayresə, yerli “Rasinq” klubuna qarşı matça gedirdilər.

Hadisə nəticəsində 4 sərnişin ağır, 10 nəfər orta, 32 nəfər isə yüngül xəsarət alıb. Avtobusun sürücüsünün vəziyyəti son dərəcə ağırdır.

Seçilən
94
publika.az

1Mənbələr