AZ

Günəşlidə bir neçə evin altında torpaq çöküb: “Metan qazının qoxusu…” – VİDEO

Xətai rayonunun Günəşli qəsəbəsi, Zeytun küçəsinin sakinləri bir ilə yaxındır ki, qəzalı vəziyyətdə olan evlərdə yaşayırlar.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, artıq bir neçə evin altında torpaq çöküb və evlər havada qalıb. Bundan əlavə, sakinlərin sözlərinə görə, ərazidəki metan qazının qoxusundan evlərdə qalmaq çətinləşib.

Sakinlərdən biri vəziyyətlə bağlı bunları qeyd edib:

“Evimizdə çatlar əmələ gəlib, metan qazının qoxusundan oturmaq olmur. Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyətindən gəlib baxış keçirdilər. Bizə məlumat verildi ki, sizə kompensasiya veriləcək və siz burdan köçürüləcəksiniz”.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən də açıqlama gəlib. Agentlikdən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı hüquqi müstəvidə müvafiq qiymətləndirmə aparılacaq və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul ediləcək.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Seçilən
14
2
nocomment.az

3Mənbələr