Budapeşt Avropa İttifaqı daxilində yeni “mühafizəkar blok” formalaşdırmağa hazırlaşır...
Poliqon xəbər verir ki, Politico nəşrinin məlumatına görə, Macarıstan hökuməti Avropa İttifaqı daxilində Çexiya və Slovakiya ilə birlikdə Ukraynaya dəstəyə qarşı mövqedə olan regional alyans yaratmağı planlaşdırır. Bu təşəbbüs, Budapeştin Avropa Şurası və Avropa Parlamentində artan təzyiqlərə qarşı öz siyasi təsirini gücləndirmək cəhdinin tərkib hissəsi kimi qiymətləndirilir.
Macarıstan baş nazirinin müşavirinin sözlərinə görə, Budapeşt yaxın həftələrdə Avropa Şurasının toplantılarından əvvəl Praqa və Bratislava ilə koordinasiyalı fəaliyyət planı üzərində işləyəcək. Məqsəd – Ukraynaya hərbi və maliyyə yardımı məsələlərində vahid, skeptik mövqe formalaşdırmaqdır.
Bundan əlavə, Macarıstan hakim partiyası “Fides” Avropa Parlamentindəki mövqelərini möhkəmləndirmək və digər euroskeptik siyasi qüvvələrlə əməkdaşlığı genişləndirmək niyyətindədir. Rəsmi Budapeşt hesab edir ki, Brüsselin Ukrayna siyasəti “milli maraqlara uyğun gəlmir” və iqtisadi baxımdan Avropa dövlətlərinə zərər vurur.
Ekspertlərin fikrincə, Macarıstanın bu addımı Aİ daxilində yeni siyasi xəttin formalaşmasına gətirib çıxara bilər. Bu xətt xüsusən Şərqi Avropa ölkələri arasında sanksiyalara və Ukraynaya genişmiqyaslı maliyyə dəstəyinə qarşı müxalif blokun yaranmasına zəmin yarada bilər.
Poliqon.info