AZ

Ton balığı ilə mayonez ölümcül qarışıq ola bilər

Mütəxəssislər xəbərdarlıq edir ki, ton balığı ilə hazırlanan sendviçlər çox vaxt sağlam yemək kimi qəbul edilsə də, tərkibinə əlavə olunan mayonez bu balansı tamamilə pozur.

E-saglam.az xəbər verir ki, ton balığı omeqa-3 yağ turşuları və zülalla zəngin bir qidadır, lakin bir neçə qaşıq mayonez əlavə edildikdə onun kalori miqdarı demək olar ikiqat artır. Xüsusilə hazır sendviçlərdə istifadə olunan mayonezlər çoxlu qatqı maddələri ehtiva edir və bu, həm həzm sisteminə, həm də ürək-damar sağlamlığına mənfi təsir göstərir.

Uzmanlara görə, mayonezdəki doymuş yağlar və yüksək duz (sodyum) uzunmüddətli dövrdə xolesterini artıraraq ürək xəstəlikləri və artıq çəki riskini yüksəldir.

Qeyd edək ki, mütəxəssislər ton balıqlı sendviçlərdə mayonez əvəzinə avokado püresi, zeytun yağı və ya limon suyu istifadə etməyi tövsiyə edir. Bu məhsullar həm ləzzəti qoruyur, həm də həzm sistemini yüngülləşdirir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
12
e-saglam.az

1Mənbələr