Dəməşq konsulluq xidmətlərinin yenidən işə salınması istiqamətində praktiki addımlar atır...
Poliqon xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin texniki nümayəndə heyəti Rusiyaya səfər edib. Səfərin məqsədi Suriya səfirliyinin fəaliyyətinin və konsulluq xidmətlərinin tam bərpası ilə bağlı işlərin həyata keçirilməsidir.
Suriya XİN-in məlumatına görə, nümayəndə heyəti “konsulluq və inzibati xidmətlərin bərpası, fasiləsiz iş prosesinin təmin edilməsi və bütün texniki prosedurların koordinasiyası üçün kompleks fəaliyyət planı” üzərində işləyəcək.
Ekspertlər bildirirlər ki, bu addım Dəməşqin Moskva ilə diplomatik əlaqələri daha da dərinləşdirmək və regiondakı geosiyasi vəziyyət fonunda Rusiya ilə əməkdaşlığını institusional səviyyədə gücləndirmək niyyətini əks etdirir.
Poliqon.info