AZ

Macarıstan anti-Ukrayna ittifaqı yaradır: Görün hansı ölkələrlə birləşir

Macarıstanın baş naziri Viktor Orbanın müşaviri bildirib ki, Macarıstan Aİ daxilində Ukraynaya qarşı ittifaq yaratmaq üçün Çexiya və Slovakiya ilə birləşməyə çalışır.

Publika.az xəbər verir ki, müşavir Balac Orban bu barədə “Politico”ya şərhində deyib:

"Orban son Çexiyada keçirilən parlament seçkilərində sağ populist partiyası qalib gələn Andrej Babiş və Slovakiyanın Baş naziri Robert Fitso ilə Aİ liderlərinin görüşləri öncəsi mövqeləri əlaqələndirmək, o cümlədən sammit öncəsi görüşlər keçirmək üçün əməkdaşlıq etməyə ümid edir".

Nəşr qeyd edir ki, güclü siyasi alyansın yaradılması hələ çox uzaqdadır, lakin onun formalaşması Aİ-nin Ukraynaya maliyyə və hərbi dəstək göstərmək səylərinə əhəmiyyətli dərəcədə mane ola bilər.

"Düşünürəm ki, bu baş verəcək və bu, getdikcə daha çox görünəcək" dedi Balac Orban, Avropa Şurasında blok kimi fəaliyyət göstərməyə başlayacaq Ukrayna-skeptik ittifaqın yaradılması ehtimalı ilə bağlı suala cavab verərkən deyib.

Seçilən
18
publika.az

1Mənbələr