BAKI, 28 oktyabr. TELEQRAF
Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Brendan Rocers istefa verib.
Teleqraf xəbər verir ki, barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rocers “Seltik”ə 2023-cü ilin yayında baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda iki dəfə Şotlandiya çempionluğunu, həmçinin ölkə kubokunu və liqa kubokunu qazanıb.
Komanda sabiq baş məşqçi Martin O Nilə tapşırılıb. Onunla anlaşmanın detalları açıqlanmır.
Qeyd edək ki, hazırda “Seltik” Şotlandiya Premyer Liqasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.