Türkiyədə İŞİD silahlı terror təşkilatına qarşı əməliyyat keçirilib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, istintaq Ankarada keçirilib.
Məlumata görə, Terror Cinayətləri üzrə İstintaq Bürosu İŞİD terror təşkilatının üzvü olduğu və münaqişə bölgələri ilə əlaqə saxladığı müəyyən edilən 13 əcnəbi şübhəli barəsində həbs qərarı çıxarıb.
Şübhəlilərin tutulması üçün Ankara Polis İdarəsi qrupları tərəfindən əməliyyatlar aparılır.
Nuriyyə NATİQQIZI